Şahin Diniyev: "Futbolçularım "Qarabağ"dan çəkindilər"

"Səbail" Azərbaycan Premyer Liqasının 29-cu turunda  səfərdə "Qarabağ"i 2:4 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Amerika kəşf etmək istəmirəm. "Qarabağ" Premyer Liqa klublarından yuxarıdadır. İlk dəqiqələrdən "Qarabağ"a problemlər yaratmaq istədik. Qol da vurduq. Sadəcə, futbolçularım "Qarabağ"dan çəkindilər. Topa nəzarət edə bilmirdik. İkinci hissədə "va bank"a getdik. "Qarabağ" səviyyəli komandadır, heyəti genişdir. Bu gün onlara 2 qol vurmaq da böyük işdir. Düzdür, bizə heç nə vermir. Amma komandada özünəinam yaradır. "Qarabağ"ı həm çempionluq, həm də beynəlxalq arenada göstərdiyi nəticələrə görə təbrik edirəm. 7 tur qalıb, şansımız var. Bunun üçün də mübarizə aparacağıq. Daha yuxarı yerlərə layiq komandayıq.

- "Kəpəz"in baş məşqçisi Adil Şükürov bildirmişdi ki, bütün komandalar"Qarabağ"la oyunda onların oyunçularını qorumağa çalışır. Siz necə düşünürsünüz?

- Bütün həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Düşünmürəm ki, biz bu gün "Qarabağ"ı qorumaq üçün meydana çıxmışdıq. Sona 7 oyun qalıb. Hər xal vacibdir. Aqressivliyimiz var idi. Sadəcə "Qarabağ" güclüdür. 1-2 futbolçunu bağlamaqla "Qarabağ"ı bağlamaq olmur. Hər komanda meydana xal üçün çıxır. "Qarabağ"la da oynamaq olar. 

- Oyunda qırılma nöqtəsi qapınıza təyin olunan penalti idi?

- Orada heç kontakt yox idi. Oyunçu sürüşə-sürüşə rəqibin ayağına dəydi. Bəli, qırılma nöqtəsi idi. Qoldan sonra sistemi dəyişdik, dördlü müdafiəyə keçdik. Qol vəziyyətlərimiz oldu. 2-ci qolu vursaydıq, hesabı qorumağa gücümüz çatacaqdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right