Azərbaycan millisinin baş məşqçisi: "Futbolçular xarakter göstərdilər"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərovun Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda səfərdə Macarıstan yığması ilə keçirilən oyundan sonra danışıb.

Newsport.az-ın məlumatına görə, AFFA-ya açıqlama verən yerli mütəxəssis millimizin xarakter nümayiş etdirdiyini bildirib: 

"Bildirmişdim ki, ilk oyunlar hər zaman çətin olur. Çünki sonuncu rəsmi oyunumuzla bu qarşılaşma arasında çox vaxt keçmişdi. Toplanış keçə bilməmişdik. Rəqib çox güclü kollektiv idi. Macarıstan yığması ötən mövsüm UEFA Millətlər Liqasının A divizionunun bir addımlığında idi, pley-off mərhələsinə yüksəlmişdilər. Lakin bu mərhələdə məğlub olaraq B Liqasına düşdülər.  Bir sözlə, həm futbolçularının keyfiyyətinə, həm də komanda oyununa görə üst səviyyəli kollektivdir.

Komandamızın oyununa gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, futbolçular özlərində güc tapdılar, xarakter göstərdilər və bərabərlik qolunu vurdular. Əzmkarlıq nümayiş etdirərək, sonadək hesabı qoruyub saxlaya bildik. Bakıdakı oyunda da xarakter göstərib, layiqli nəticə qazanmağa çalışacağıq. Komandamı təbrik edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right