Adil Şükürov: "Futbolçulardan heç vaxt müdafiədə oturmağı istəmirik"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk qol epizodunu biz yaratdıq. Bundan sonra sanki komandada arxayınlıq oldu. Bunun nəticəsində qol buraxdıq. Fasilədə futbolçularla söhbət etdik. Uşaqlar toparlandılar. Lazım olan qolları vurub 3 xal qazandıq.

- Fasilədə nələri dəyişdiz?

- Daha çox hücumda oynamağı istəyirdik. Bunun nəticəsində rəqib müdafiəsində boşluqlar tapa bilirdik. Futbolçular dediklərimizi başa düşdülər.

- İlk hissədə "Kəpəz" ən zəif oyununu göstərirdi. Bu, turnir cədvəli ilə bağlıdır?

- Futbolçularla danışanda deyirik ki, əsas rəqibimizin necə oynayacağına fikir verməyək. Çalışırıq ki, komanda bizim istədiklərimizi yerinə yetirsin. Futbolçulardan heç vaxt müdafiədə oturmağı istəmirik. Bir oyun üslubumuz var. Bunu daha da təkmilləşdirmək istəyirik. Rəqibə uyğun yox, öz istədiyimiz futbolu oynamağa çalışmalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right