Almaniya klubunun baş məşqçisi azərbaycanlı forvard barədə: "Yaxşı ki, çarpaz bağları zədələnməyib"

"Dinamo"nun azərbaycanlı hücumçusu Rüfət Dadaşovun durumuna aydınlıq gəlib. 

Newsport.az "Kicker"ə istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardının zədəsi ciddi deyil və dizində problem aşkarlanmayıb. 

Onun maksimum 4 həftə meydanlarda olmayacağı bildirilir. Üstəlik, bərpa prosesi yaxşı gedərsə, daha tez komandaya qoşulmaq şansı da var. 

Komandanın baş məşqçisi Dirk Kunert Dadaşovun zədəsinin ciddi olmaması xəbərini belə şərh edib:

"Yaxşı xəbər odur ki, Dadaşovun çarpaz bağları zədələnməyib. Amma yenə də bu, bizim üçün böyük zərbədir. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur. Nə vaxta qədər olmayacağını gözləyəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right