“Rüfətin zədələnməsi bizim üçün böyük zərbədir”

Berlin “Dinamo”sunun baş məşqçisi Dirk Kunert məşq zamanı zədələnən azərbaycanlı hücumçuları Rüfət Dadaşovun durumu barədə danışıb.

Newsport.az xəbər verir ki, çalışdırıcı 32 yaşlı forvardın zədələnməsini böyük itki adlandırıb: “Əsas odur ki, çarpaz bağı yırtılmayıb. Rüfətin zədələnməsi bizim üçün böyük zərbədir. Dadaşov təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur. Ona ən çox lazım olan vaxtda bəxtsizlik yaşadıq. Həkimlər bombardirimizin ən yaxşı halda son iki turda bizimlə birlikdə ola biləcəyini açıqlayıblar. Həmin vaxta qədər çempionluq uğrunda mübarizə içində qalmağa çalışacağıq”.

Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm Regionalliqada 14 qola imza atıb. Onun komandası “Dinamo” 27 turdan sonra 53 xalla üçüncü pillədə qərarlaşır və liderdən 3 xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right