“Neftçi” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ” ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda əvəzedici heyətlə yoxlama matçı keçirib.
Görüşdə milli komandamıza dəvət olunmuş futbolçular iştirak etməyiblər. Qarşılaşmanı Braziliyanın “Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib.