Azərbaycan və Malayziyada eyni hədəf

“Neftçi” və “Qəbələ”nin sabiq futbolçusu Ramon Maçado Malayziyanın “Sabah” klubundakı çıxışını dəyərləndirib.

Newsport.az xəbər verir ki, hazırkı komandasında 12 qola imza atan 33 yaşlı braziliyalı uğurlu olduğunu düşünür.

O, Azərbaycan və Malayziya futbolunu da müqayisə edib: “Azərbaycandan sonra Malayziyada oynamaq fərqli sistemə uyğunlaşmaq deməkdir. Burada komandalar heyəti tez-tez dəyişmirlər, stabilliyi sevirlər. Buna görə də yeni gələn üçün heyətə düşmək, uğurlu olmaq çətindir. Buna baxmayaraq, “Qəbələ”də olduğu kimi, “Sabah”da da özümü doğrultmağı bacardım. Oynadığım klubların hədəfləri həmişə eyni olub. Azərbaycanda da, Malayziyada da bu dəyişməyib”.

Qeyd edək ki, Ramon Maçado 2021-22 mövsümündə “Neftçi”nin, 2022-23-də isə “Qəbələ”nin şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right