Millimiz Macarıstanla heç-heçə etdi Yenilənib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Macarıstanın Szeged şəhərindəki "Szent Gellert Forum" stadionunda Macarıstan yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 9-da, saat 16:00-da "Dalğa Arena"da İsveçrə yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right