Minifutbol üzrə növbəti Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, Sarayevo şəhərində təşkil olunan tədbirdə son Avropa çempionu millimizin rəqibləri müəyyənləşib. Komandamız F qrupunda Fransa, İtaliya və Avstrya komandaları ilə mübarizə aparacaq. Bosniya və Herseqovinanın ev sahibliyi edəcəyi turnir 1-9 iyun tarixlərində keçiriləcək.