“Neftçi”dən yeni antirekord

“Neftçi” Azərbaycan Kubokunda ən böyükhesablı məğlubiyyətini alıb. Newsport.az xəbər verir ki, bu, yarımfinal mərhələsində “Qarabağ”la ilk oyunda reallaşıb.

“Neftçi Arena”da keçirilən görüşdə ev sahibləri 4 cavabsız top buraxıblar. Buna qədər “ağ-qaralar” kubokda cəmi bir dəfə böyükhesablı məğlubiyyət alıb. Komanda 2009-10 mövsümündə “İnter”ə 0:3 hesabı ilə yenilib.

“Neftçi” 14 mövsümdən sonra aldığı böyükhesablı məğlubiyyətlə yenə ev matçında üzləşib. Amma bu dəfə paytaxt təmsilçisi antirekordla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right