"Qarabağ"ın futbolçusu Kevin Medina instaqram hesabında paylaşım edib.
Newsport.az xəbər verir ki, kolumbiyalı futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin dünən "Neftçi"yə (0:4) qarşı keçirilmiş görüşündən sonra avtomobilinə ziyan dəydiyini yazıb:
"Oyundan sonra maşınımın hazırkı vəziyyətidir. İnsanların belə hallarda ehtiyatlı davranması lazımdır. Mənim ailəm də həmin vaxtda avtomobildə ola bilərdi. Bu mənim üçün təhlükəli haldır. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın".