Azərbaycanda ən bahalı, Postsovet məkanında 8-ci

Azərbaycanın ən bahalı futbolçusunun adı müəyyənləşib. Newsport.az xəbər verir ki, Renat Dadaşov hazırda ölkənin ən dəyərli oyunçusudu.

Hazırda Türkiyənin “Hatayspor” klubunda çıxış edən forvardın qiyməti 2 milyon avrodu. O, Postsovet məkanı ölkələrinin ən bahalı oyunçuları sırasında 8-11-ci yerləri bölüşdürür. Dadaşovla yanaşı, Litva, Estoniya və Belarusun ən dəyərlilərinin də 2 milyon qiyməti var.

Keçmiş SSRİ-nin tərkibində olmuş 15 ölkənin ən yüksək transfer dəyərinə malik oyunçularının siyahısına isə gürcüstanlı Xviça Kvaratsxeliya başçılıq edir. “Napoli”nin forvardı 80 milyon avroya bərabərdi.

“Arsenal”ın ukraynalı oyunçusu Aleksandr Zinçenko 42 milyonla ikinci, “Monako”nun rusiyalı üzvü Aleksandr Qolovin isə 30 milyonla üçüncü sıradadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right