Rövşən Nəcəf “Neftçi”dən getdi

Bu gün AFFA-nın prezidenti seçilən Rövşən Nəcəf bu səbəbdən “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri vəzifəsindən istefa verib. 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Rövşən Nəcəfə Azərbaycan futbolunun inkişafı uğrunda görəcəyi işlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, qaydalara əsasən, AFFA rəhbərliyində təmsil olunan şəxs klub sistemində işləyə bilməz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right