Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev yeni mövsümə yeni komandada başlamağa çox yaxındır.
Newsport.az saytına verilən məlumata görə, Diniyevin Türkiyədə qalacağı ehtimal edilir. İddiaya əsasən, Ona Türkiyə birinci liqasında yarışan klublar maraq göstərir. Həmin klublar arasında "Boluspor"un da adı var. Millimizin digər üzvü olan Vüsal İsgəndərlinin formasını geyindiyi klub yeni mövsüm üçün Coşqunu heyətinə qatmağa iddialıdır.
28 yaşlı futbolçu "Ümraniyespor"la 2023-cü il iyulun 5-də müqavilə imzalayıb. Onun hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
Hazırda "Boluspor" 43 xalla 7-ci pillədədir və Superliqaya çıxmaq üçün pley-off mərhələsinə düşməyi qarşısına məqsəd qoyub.