Sabiq “Qarabağ”lı: Murad Musayev bütün tələblərini çatdıra bilməyib

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges yeni baş məşqçi Murad Musayevin təyinatından sonra komandada baş verən dəyişikliklərdən danışıb. Newsport.az xəbər verir ki, “Qarabağ”ın sabiq vingeri “Sabah”ın keçmiş çalışdırıcısı barədə müsbət fikirdədi.

Ancaq braziliyalı hesab edir ki, Musayeva zaman lazımdı: “Musayev bəzi şeyləri dəyişdi, lakin tam komanda ilə məşq etməyə çox vaxtı olmayıb. Oyunçuların çoxu millilərdən yeni qayıdırlar. Hər bir məşqçinin öz tələbləri olur, bəzi ideyaları olur. Musayev hələ də bütün tələblərini və yeniliklərini komandaya çatdıra bilməyib. Amma mənə elə gəlir ki, bunun üçün vaxtı olacaq”.

Qeyd edək ki, “Sabah”dan ayrıldıqdan sonra “Krasnodar”la mövsümün sonuna qədər müqavilə bağlayıb. O, daha əvvəl 2018-2021-ci illərdə Rusiya klubuna rəhbərlik edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right