AFFA İntizam Komitəsindən cəza və cərimələr

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasında 28-ci turun “Səbail” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” 1500 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right