"Sumqayıt"ın məşqçisi iki oyunluq cəzalanıb

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun məşqçisi Seymur Rəhimovu iki oyunluq cəzalandırıb.

Newsport.az xəbər verir ki, buna mütəxəssisin "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII turunun matçının 90+2-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi Rəhimova görə 1500 manat, həmin görüşdə 4 futbolçusunun sarı vərəqə alması ucbatından 700 manat cərimələnib.

"Turan Tovuz" da 700 manat ödəcəyək. Tovuz klubunun 4 oyunçusu "Səbail"lə heç-heçə (1:1) etdikləri matçda sarı vərəqə görmüşdü.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right