AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun Hesabat-Seçki Konfransında çıxış edib.
Newsport.az-ın məlumatına görə, o, 2023-cü ildə Azərbaycan futbolunda baş verən hadisələr barədə məlumat verib:
"Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı. İlk növbədə uzun illərdən sonra Xankəndidə Azərbaycan Kuboku oyununun keçirilməsini qeyd etmək istərdim. Həmin matçı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva canlı izlədilər.
“Qarabağ” Avropada yeni tarix yazaraq 1/8 final mərhələsinə vəsiqə qazandı. Məzmunlu, döyüşkən oyunla yadda qaldı. Azərbaycan futbol tarixində iz qoydu. Bu münasibətlə “Qarabağ” rəhbərliyini, futbolçuları, məşqçiləri, futbol ictimaiyyətimizi təbrik edirəm.
Qadın futbolunda millimiz bizi sevindirdi. Qadınlardan ibarət millimiz yeni tarix yazdı, ilk dəfə qrup mərhələsində birinci yeri tutaraq B divizionuna vəsiqə qazandı. Bu da Azərbaycanda qadın futbolu üçün əlamətdar nəticə idi. Son illərdə AFFA tərəfindən müxtəlif tədbirlər də keçirilib".