Macarıstan - Azərbaycan oyununun hakimləri bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç İngiltərədən olan hakimlərə tapşırılıb.

Referi Kirsti Doula yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.

Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right