Monteneqro - Andorra oyunu azərbaycanlı hakimə tapşırıldı

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Monteneqro - Andorra oyunu Azərbaycandan olan hakimlər briqadasına həvalə olunub.

Newsport.az xəbər verir ki, aprelin 5-də baş tutacaq görüşü UEFA Fəridə Lütfəliyevaya tapşırıb.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Maltalı Yoanna Vassallo dördüncü hakim funksiyasını icra edəcək.

C liqasının 3-cü qrupu çərçivəsindəki qarşılaşma Monteneqronun paytaxtı Podqoritsadakı “Qradski Podqoritsa” stadionunda reallaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right