Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması çalışmalarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Nazim Süleymanovun komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyunu keçirib.
Yerli "Maribor” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu Qara Qarayev vurub.
Xatırladaq ki, toplanış çərçivəsində seçməmiz ilk yoldaşlıq oyununda "Celje” klubunun U-19 komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.