"Azərbaycanda ən böyük rəqabət "Qarabağ"la "Neftçi" arasındadır"

"Neftçi"nin keçmiş futbolçusu Denis Silva Kruz Sportal.az saytına açıqlama verib.

Newsport.az-ın məlumatına grörə, Uzun illər "ağ-qaralar"ın şərəfini qorumuş braziliyalı "Neftçi"nin "Qarabağ"a qarşı aprelin 2-də ölkə kubokunun yarımfinal mərhələsində keçirəcəyi oyundakı şanslarından danışıb.

Onun fikrincə, "Qarabağ" favorit olsa da, istənilən nəticənin baş verməsi mümkündür:

"Hazırda "Neftçi"nin ikinci yerdə olması normaldır. Çünki "Qarabağ" Premyer Liqanın ən yaxşı komandasıdır. Bunu da geridə qalan turlarda göstərdi. Bilirsiz, Miodraq Bojoviçin qısa müddətdə vəziyyəti dəyişməsi çox çətindir. Mən həmişə deyirəm ki, futbol işlərin yoluna düşməsi üçün çox çalışmaq lazımdır. Lakin biz Bojoviçinin potensialını bilirik və ümid edirəm ki, nəticə verəcək. "Neftçi" ilə "Qarabağ"ın oyunları həmişə çox rəqabətlidir. Bu derbidir, özü də ölkə kuboku. Hər şey ola bilər. Azərbaycan komandaları arasında ən böyük rəqabət “Neftçi” ilə “Qarabağ” arasındadır. "Neftçi" avrokuboklara vəsiqə qazanmaq üçün Premyer Liqada da mövqeyini qoruyub saxlaya bilməyə diqqət etməlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right