“Beşiktaş” rəsmisi onun üçün Bakıya gələcək

“Qarabağ”ın hücumçusu Juninyonun mövsümün sonunda Türkiyəyə köçmək ehtimalı getdikcə artır. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, “Beşiktaş” braziliyalını transfer etməkdə qərarlıdı.

İstanbul təmsilçisi bu məqsədlə Azərbaycana nümayəndə göndərəcək. Belə ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba ölkəmizə səfər edəcək. Təcrübəli mütəxəssis “Qarabağ” rəhbərliyi ilə görüşərək, transferin detallarını müzakirə edəcək.

Azərbaycan çempionu forvardın satışından 8 milyon avro qazanc götürməyi planlaşdırır. Lakin Aybaba Bakıda olduğu müddətdə məbləğin aşağı endirilməsinə çalışacaq.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right