21 yaşadək futbolçulardan ibarət milli komandaların Avro 2017-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Finlandiya oyununun hakim təyinatları açıqlanıb.
Newsport.az saytının UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Milan İliç olacaq. Ona bu işin icra olunmasında həmyerliləri Milan Miniç və Srdan Milutinoviç köməklik edəcək. Qarşılaşmada dördüncü hakim funksiyasını Robert Çepegi yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Finlandiya matçı sabah baş tutacaq. Qarşılaşma19:00-da "Dalğa Arena”da keçiriləcək.