Caber qayıdır: “Bütün diqqətimiz “Qəbələ”ilə oyundadır”

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber klubun televiziyasına açıqlama verib.

Newsport.az xəbər verir ki, o, vəziyyətini dəyərləndirib: “Özümü yaxşı və hazır hiss edirəm. Zədəmin bərpa prosesi çətin keçdi. Sağalandan sonra yenə eyni yerdən zərbə aldım və təkrar prosesi keçdim. Demək olar, üç aydan sonra buraya qayıtdım və özümü oynamağa hazır hiss edirəm”.

“Neftçi” Misli Premyer Liqanın XXVIII turunda “Qəbələ”nin qonağı olacaq. Caber matça qələbə üçün çıxacaqlarını söyləyib: “Bütün diqqətimiz “Qəbələ” ilə oyundadır. Düşünürəm ki, həmin oyunda qələbə qazana biləcəyik. Bundan sonra “Qarabağ”la kubok oyunu haqda düşünəcəyik”.

Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right