“Zirə”nin hücumçusu İssa Cibrielanın çıxış etdiyi Niger millisi yoldaşlıq oyunu keçirib.
Newsport.az xəbər verir ki, komanda öz meydanında Burkino Faso ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Cibriella da bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan 28 yaşlı futbolçu 65-ci dəqiqədə əvəzlənib.