AFFA bölgə komandasını yarışlardan kənarlaşdırdı

AFFA U-11 liqasında mübarizə aparan "Hacıqabul Şərq" komandasını yarışlardan kənarlaşdırıb.

Newsport.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar verib.

U-11 Liqasında keçirilməli olan “İmişli” – “Hacıqabul Şərq” oyunu qonaq komanda təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.

Bu səbəbdən Hacıqabul təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right