"Qarabağ"ın oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının 28-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması 29 mart tarixində, saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right