AFFA məşqçini futboldan uzaqlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Newsport.az qurumun saytına istinadən xəbər verir ki, iclasda U-13 liqasındakı qayda pozuntuları ilə əlaqədar da qərarlar qəbul olunub. "Azəri" klubunun baş məşqçisi Elşən Əliyev 1 il müddətində futboldan kənarlaşdırılıb. 
 
AFFA-nın yaydığı məlumatda bildirilib:
 
"17 mart 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” FK – “Azəri” (Gəncə) oyununun 15-ci dəqiqəsində “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıldığı üçün “Azəri” (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Azəri” (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulsun".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right