Lunyov azarkeşlərə görə narazıdır: “Sanki yoldaşlıq oyunu keçirirsiniz”

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Azərbaycan çempionatı ilə bağlı təəssüratlarını bölüşüb. 32 yaşlı qolkiper “Match TV”yə açıqlamasında Premyer Liqaya marağın az olmasından şikayətlənib.

Newsport.az xəbər verir ki, o, liqa matçlarını yoxlama görüşlərinə bənzədib: “Azərbaycan çempionatında atmosfer məyusedicidir. Stadionlara çox az tamaşaçı gəlir. Hiss olunur ki, rəsmi deyil, bir növ yoldaşlıq oyunu keçirirsiniz. Bu baxımdan vəziyyət əvvəllər oynadığım komandalarla müqayisədə belədir”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”a ötən ilin yayında azad agent kimi “Bayer”dən keçib. Onun ağdamlılarla müqaviləsi mövsümün sonuna kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right