“Kocaelispor” Şeydayevə istirahət verdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyəyə qayıdıb.

Newsport.az xəbər verir ki, Monqolustan və Bolqarıstanla yoldaşlıq görüşlərində yığmanın heyətində olan hücumçu artıq qardaş ölkəyə dönüb.

Ancaq 28 yaşlı forvard klubu “Kocaelispor”a bir qədər gec qoşulacaq. I Liqa klubunun məşqçilər korpusu ona və Türkiyənin U-21 yığmasına çağırılan Emir Ortakayaya istirahət imkanı verib. Hər iki oyunçu martın 28-dən etibarən kollektivlə birgə məşqlərdə iştirak edəcək. Onlar aprelin 3-də 28-ci tur çərçivəsində “Göztəpə” ilə qarşılaşmaya hazır olacaqlar.

Qeyd edək ki, “Kocaelispor” hazırda 45 xalla 5-ci pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right