“Komanda istəkli olmalıdır ki, elitada qalmağı qarantiləyə bilək” – Şükürov

“Kəpəz”in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.

Newsport.az sizi həmin müsahibə ilə tanış edir:

– Adil müəllim, 3-cü dövrənin yekunlarını komandamız üçün necə qiymətləndirirsiz?
– “Kəpəz” bu dövrədə komanda olaraq inamlı çıxış etdi. Deyərəm ki, bütün futbolçular hər oyuna maksimum şəkildə istəkli yanaşdılar. İstər oyunçular, istərsə də İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla klub rəhbərliyi, futbol veteranları, azarkeşlər birlikdə olaraq “Kəpəz”in uğurları üçün hər şey ediblər. Birgə fəaliyyətimiz indi də davam edir.

– Bizi qarşıda sonuncu dövrə gözləyir. Çətin oyunlara komanda hazırdı?
– 4-cü dövrədə bizi daha ağır mübarizə gözləyir. Çünki sonuncu dövrədə turnir cədvəlində bizdən yuxarıda olan komandalar qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Digər klublar isə Premyer Liqada qalmaq uğrunda oynayırlar. Bu mərhələdə komandamız çalışıb maksimum xal toplamalıdır. Fikrimcə, komanda istəkli olmalıdı ki, elitada qalmağı qarantiləyə bilək.

– Geriyə boylananda hansı oyunun nəticəsi sizin üçün daha yaddaqalan olub?
– Komandada olduğum gündən bütün oyunlar yüksək dinamikada keçib və bu, məni çox sevindirir. Buna görə futbolçulara təşəkkür etmək istəyirəm. Həqiqətən oyunçular böyük işin öhdəsindən gəldilər. Daha çox yaddaqalan oyun isə “Neftçi” ilə Tovuzda qarşılaşdığımız və 3:3 hesabı ilə başa çatan matç olub. Oyun mübarizəli və bolqollu alındı. Baxımlı qollar vurduq.

– Mətbuatda bəzən filan futbolçunun komandadan gedəcəyi, əksinə gələn mövsüm kiminsə heyətə qosulacağı barədə yazılar gedir. Buna münasibətiniz?
– Komanda sonuncu dövrədə çempionatda ən çox xal toplayan 3-cü kollektiv olub. Bu komandaya, heyətə daha da çox inanmaq və güvənmək lazımdır. İnşaallah, bizim futbolçularımız gələcəkdə daha da yaxşı ola bilərlər.

– Adil müəllim, demək olarmı ki, hər addımda azarkeşlərin və klub rəhbərliyinin dəstəyini hiss edirsiz?
– Klub rəhbərliyinin dəstəyi yüksək formadadır. İlqar müəllim komandanı lazımı səviyyədə motivasiya etmək üçün mümkün bütün imkanlarından istifadə edir. Eləcə də azarkeşlərimizi qeyd etmək istərdim. Komanda oyunlara çıxarkən fanatlarımızın verdiyi dəstək uşaqları yüksək səviyyədə oyunlara kökləyir. Bundan əlavə hətta məşqlərə çıxarkən onların bizim yanımızda olması futbolçulara ruh yüksəkliyi verir.

– Sirr deyilsə, komandanı siz özünüz necə oyunlara motivasiya edirsiz?
– “Kəpəz” sıradan olan bir komanda deyil. Bu klubun tarixi, özünəməxsus ənənəsi, nailiyyətləri olub. Son nəticələrdən sonra futbolçular şəhərdə gəzərkən insanların onlara olan yanaşmasını, münasibətini bir daha görüblər. Ona görə əlavə nəsə danışmağa ehtiyac yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right