Bolqarıstanın baş məşqçisi: "Hər iki komanda yaxşı futbol nümayiş etdirdi"

Bolqarıstan milli komandası "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, qonaqların baş məşqçisi İliyan İliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan millisi sizi təəccübləndirə bildi?

- Xeyr, təəccüblənmədim. Azərbaycan millisi yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

- Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldız?

- Millinin oyunçuları ilə bağlı istəmirəm hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.

- Hakimin simpatiyasını hiss etdiz? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı...

- Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right