"Qarabağ"ın legioneri Türkiyə klubunun transfer siyahısındadır

"Qarabağ"ın futbolçusu Leandro Andrade performansı ilə bir çox klubların diqqətini çəkib.

Newsport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisinin aparıcı futbolçusu bu dəfə Türkiyə klubunun istədiyi oyunçular siyahısında yer alıb.

Belə ki, hazırda Türkiyə birinci liqasında ikinci pillədə yer alan və yeni mövsümdən Superliqada oynamağa əsas iddialılardan olan “Göztepe” Andradeni nəzarətində saxlayır.

Mənbənin verdiyi məlumata görə, kabo-verdelinin xidmətində daha çox maraqlı olan İzmir klubunun baş məşqçisi Stanimir Stoylovdur. Bolqarıstanlı mütəxəssis yeni mövsüm üçün komandada qalacağı və Superliqada mübarizə aparacaqları təqdirdə, rəhbərlikdən Andradenin transfer edilməsini istəyib.

Əlavə edək ki, Çinin “Şanxay Şenxua” klubu da Andradeni transfer etmək niyyətində idi. 24 yaşlı futbolçu 2022-ci il yanvarın 13-də “Çerno More”dən “Qarabağ”a keçib. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right