"Qarabağ"ın sabiq üzvü aşağı liqa klubunda

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Elvin Yunuszadə karyerasını Birinci Liqada davam etdirəcək. Müdafiəçi "İmişli"nin formasını geyinəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə futbolçu özü Sportal.az saytına məlumat verib. O, artıq Birinci Liqa klubunun düşərgəsinə qoşulub.

31 yaşlı futbolçu mövsümün sonuna qədər bölgə klubunun formasını geyinəcək.

Qeyd edək ki, Yunuszadə qış "transfer pəncərəsi" zamanı Kosovonun yüksək liqasında yarışan "Fuşe Kosovo" klubuna keçməli idi. Lakin sənəd məsələlərinə görə keçid baş tutmayıb.

Elvin karyerası ərzində “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”(Şimali Makedoniya), “Şamaxı”, “Kəpəz”, “İrəvan” komandalarında oynayıb.

Əlavə edək ki, "İmişli" 18 turdan sonra 35 xalla üçüncü pillədədir. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv lider "Qaradağ Lökbatan"dan bir xal geri qalır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right