Milli komandamızın müdafiəçisi Maksim Medvedev Newsport.az-a müsahibə verib:
- İtaliya matçı haqda nə deyəcəksən?
- Biz bilirdik ki, İtaliya bizə hansı futbolu oynayacaq. Hər şey edirdik ki, rəqib oyunçuların qarşısını alaq. Fərdi olaraq hansı italyan oyunçu güclü idisə, onun qarşısını almağa çalışacaqdıq. Biz nə qədər çalışsaq da İtaliya yenə də öz sözünü dedi. Onların səviyyəsi hiss olunurdu ki, bizimkindən üstündü. Bir-birilərini çox yaxşı başa düşürdülər, gözü bağlı hücumda bir-birinə ötürmə verirdilər. Artıq bilirdilər ki, hansı oyunçu orada olacaq. Nəticə yaxşı olmadı.
- Ancaq birinci yarı elə də pis təsir bağışlamadız...
- Düzdü, elə də pis təsir bağışlamadıq. Top da saxladıq, hücuma da keçdik, kombinasiya da qururduq. İtaliyadan heç çəkinmədik də. Bəziləri gözləyirdi ki, Azərbaycandı oturacaq müdafiəyə həmişəki kimi. Amma birinci hissə başabaş oyun gedirdi. Sadəcə İtaliya qollarını vurdu, rəqib isə iki qol vurdu. İkinci yarı isə bəzi şeylər dəyişildi. Yorğunluq gəldi. Sərt ötürmələr oldu. Birinci hissədəki kimi top uğrunda vuruşmurduq. Hamı çalışırdı ki, öz mövqeyində boşluq verməsin. Ona görə də ikinci yarıda artırmaqdansa, oturduq arxaya. Nəticədə də üçüncü qolu buraxdıq.
- Əksinə arxaya oturmayıb, hücum etməliydiz. Düzdü?
- Oyun yüksək səviyyədə gedirdi. Bu tempə dözmək isə çox çətindi. Çünki biz öyrəşməmişik bu tempdə oynamağa. Məcbur olduq, pauza götürüb, arxaya oturaq. Amma bu da özümüzə çətinlik çəkirdi. Halbuki bunu dərk etmədik. Açığ oyun getdi.
- Rəşad Sadıqov oyundan sonra dedi ki, bu cür İtaliyaya qarşı nəsə etməyimiz, xal qazanmağımız çox çətin idi..
- Rəşad düz deyir. Ötən il İtaliyaya qarşı oynayanda, tam başqa futbol oynayırdılar. Oyuna kimi də fikirləşirdik ki, İtaliya bir hücumçu ilə oynayacaq. Biz də oyunu ona görə qurmuşduq ki, bir hücumçunu saxlayacağıq. Amma oyun başlayanda gördük ki, italyanlar iki hücumçu ilə meydana çıxdı. Bizim də bütün planlarımız alt-üst oldu. Elə olurdu ki, müdafiədə rəqibə qarşı dördə-dörd qalırdıq. İtaliyalı futbolçulara qarşı birə-bir qalmaq çox çətindi. Əl-Şaraviyə qarşı oynamaq çox çətindi.
- Bolqarıstan matçı haqda nə deyəcəksən?
- Çalışacağıq ki,uğurlu nəticə qazanaq. Bunun üçün də əlimizdən gələni edəcəyik. Təbii ki, Bolqarıstan millisi də zəif deyil. Amma biz sona kimi meydanda vuruşacağıq.