II Liqa: Lider "Şəmkir"lə bacarmadı, "Lerik" - "Şəki Siti" matçında sülh

Futbol üzrə Azərbaycan II Liqasında XVIII tura start verilib.

Newsport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş turub.

Lider "Baku Sportinq" "Şəmkir"lə, "Şəki Siti" isə "Lerik"lə heç-heçə edib.

"Şəmkir" - "Baku Sportinq" 2:2
Qollar: 
Kərəm Əhmədli, 45, Məzahir Əhmədov, 89 - Elgün Abbaslı, 25, Röyal Nəcəfov, 33

"Lerik" - "Şəki Siti" 2:2
Qollar: 
Kamran Abdullazadə, 47 (pen), Penci Ağazadə, 85 - Ramin İsmayılov, 66, Osman Soltanov, 90+1
Qırmızı vərəqə: Süleyman Rauflu, 48 ("Şəki Siti")





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right