"Qarabağ" "Qəbələ"yə uduzdu

Milli komandaların qarşılaşmaları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə “Qarabağ”la "Qəbələ" yoxlama matçında qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən görüşə hər iki komanda yığma üzvləri olmadan çıxıb.

Bu səbəbdən Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov, Sergey Zenyov və Ermin Zets “Qəbələ”nin formasını geyinməyib.

Roman Qriqorçuk bu matçda aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Rikardinyo, Vitali Vernidub, Derlis Meza Kolli, Fakundo Pereyra, Aleksey Qay, Dodo, Aleksey Antonov, Vüqar Nadirov. Matçın gedişində qapıçılar Andrey Popoviçlə David Pietrzkieviç, həmçinin Murad Musayev, Samir Zərgərov, Qismət Alıyev, Vadim Abdullayev və Vaqif Cavadov meydana daxil olub.

Avropa Liqasının qrup mərhələsində çıxış edən komandaların oyununda bütün qollar birinci hissədə vurulub. Qarşılaşmada hesabı “Qəbələ” açıb. Antonov komandasının hücumunu qolla tamamlayıb. Qonaqlar Dani Kintananın qolu ilə hesabda tarazlıq yaratmağa nail olub. Lakin az keçməmiş Fakundo Pereyra “qırmızı-qaralar”a qələbə qazandıran qola imza atıb. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklə olsa da, qarşılaşmanın nəticəsi dəyişməyib – 2:1.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqanın I turunun “Qarabağ”la matçını da evdə keçirmişdi. Həmin görüşdə qalib müəyyənləşməmişdi – 2:2.

“Qəbələ” – “Qarabağ” – 2:1
Qollar: Aleksey Antonov, 19, Fakundo Pereyra, 43 - Dani Kintana, 37.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right