Azər Salahlı ilə gələn 100

Azərbaycan Premyer Liqasının 2023-24 mövsümündə yerli futbolçuların vurduğu ümumi qol sayı 100-ü keçib.

Newsport.az saytının məlumatına görə, yubiley topu 27-ci turda keçirilən “Neftçi” – “Səbail” oyununa təsadüf edib. Turun açılış qarşılaşmasında ev sahiblərinin ikinci qolunun müəllifi olan Azər Salahlı yubilyar olub. 27-ci dəqiqədə fərqlənən müdafiəçi yerli statusda çıxış edən oyunçuların ümumi qol sayını 100-ə çatdırıb.

Ümumiyyətlə, cari mövsüm baş tutan 135 görüşdə yerlilər aktivlərinə 104 qol yazdırıblar. Hər oyuna orta hesabla 1,3 top düşür. Əvəzində digər 233 qola əcnəbilər imza atıblar. 10 dəfə isə avtoqol qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right