Musa Qurbanlının komandası İsveç Kubokunun finalına yüksəldi

Futbol üzrə isveç Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Yurqorden" finala yüksəlib.

Musa Qurbanlı bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.

"Yurqorden" həlledici oyunda "Malmö" ilə üz-üzə gələcək. Final matçı 9 may tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right