AFFA azarkeşlərə təşəkkür etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası AÇ-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyunu zamanı millimizi stadionda dəstəkləmiş azarkeşlərin hər birinə minnətdarlığını bildirir.

Newsport.az-ın məlumatına görə, AFFA bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilir ki, azarkeşlər bu oyunun təşkilati işləri ilə bağlı hər hansı narazılıq və təklifləri olarsa, [email protected] ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sözügedən oyunda millimiz 1:3 hesablı məğlubiyyətə üzülüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right