“Qəbələ” Azərbaycan Premyer Liqasının XXVII turunun “Araz-Naxçıvan”la səfər oyununun hazırlıq prosesini başa vurub.
Newsport.az xəbər verir ki, "qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb. Komandanın heyətində itki yoxdur.
Xatırladaq ki, bu gün “Liv Bona Dea Arena”da baş tutacaq “Araz-Naxçıvan” - “Qəbələ” qarşılaşması saat 18:30-da başlayacaq.