"Beşiktaş" rəsmisi "Qarabağ"ın futbolçusunu bəyəndi

"Qarabağ"ın hücumçusu Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, braziliyalı futbolçunun xidmətində "Beşiktaş" maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.

İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba "Qarabağ"ın "Bayer"lə keçirdiyi matçda (2:3) Juninyonu izləyib. Klub rəsmisi 27 yaşlı forvardın oyununu bəyənib.

"Beşiktaş" mövsümün sonunda "Qarabağ"la danışıqlara başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right