Prosineçki: "Bizdә hücumçu yoxdur"

AÇ-2016-nın seçmə mərhələsində 9-cu turun oyunları davam edir.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi evdə İtaliyaya 1:3 hesabı ilə uduzub.

Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən millimizin baş məşqçisi Robert Prosineçki məğlubiyyəti belə şərh edib:

- İtaliya millisini tәbrik edirәm. Öz komandamı tәbrik edirәm. Yaxşı oyun göstәrdik, meydanda vuruşduq. Komandamdan razı qaldım. Rәqibin qrupda lider olması tәsadüf deyil. Onlar oyunu ilә bunu göstәrdilәr.
 
- Komanda birinci hissәdә yaxşı oynadı. Fasilәdә futbolçulara nә tapşırıq verdiniz ki, o alınmadı?
- Birinci hissәdә iki sәhvә yol verdik ki, rәqib bundan istifadә etdi. İkinci qol lazımsız idi. Adi bir sәhv etdik. İtaliya millisi elә komandadır ki, onlarla hesabda geri düşüb, sonradan matçı qurtarmaq çәtindir. Yenә komandam yaxşı mübarizә apardı.
 
- Ruslan Qurbanovu bir az tez әvәzlәyә bilmәzdiniz?
- Bәlkә haqlısız, bәlkә dә yox. Amma Ruslan aktiv idi. Elә qolun ötürmәsin dә o verdi. Bilirsiz ki, İtaliya millisinin futbolçuları hansı klublarda oynayır. Tuğrul Erat "Fortuna"da çıxlş edir. U-21-dә oynayırdı, gәnc futbolçudur. Şans vermәk istәdim vә pis olmadı. Qarşıda bizi daha vacib oyun gözlәyir. Bizdә hücumçu yoxdur. Mәcburiyyәtdәn Ruslanı hücumda oynadıram.

- Rәşad Sadıqov demişdi ki, 100-cü oyunumdan sonra karyeramı bitirmәk istәyirdim. Amma baş mәşqçi mәnә dedi ki, Bolqarıstanla matçı gözlә. Bu barәdә fikirlәrinizi bilmәk istәrdik...
- Mәn Rәşadın sözlәrin tәsdiq edirәm. Biz bir neçә dәfә danışmışıq. Demişәm ki, Bolqarıstanla matçdan sonra danışacağıq. Hәlә kifayәt qәdәr vaxt var. Söhbәt edib, bir qәrar verәcәyik.
 
- Rәşad getsә, onun әvәzinә kimi düşünürsüz?
- Әgәr Rәşad karyerasını bitirsә, alternativ variantlara baxarıq. Bu gün sizin bu suala Ruslan Abışova şans verәrәm. Ruslan "Qәbәlә"dә yaxşı çıxış edir. Belә rәqiblәrә qarşı Azәrbaycanda çıxış edәcәk 3 mәrkәz müdafiәçisi var Rәşad, Bәdavi, Ruslan.
 
- Bolqarıstanla oyun üçün Ruslan Abışov mәrkәzdә oynayacaq, yoxsa Bәdavinin qırmızı vәrәqә almasından sonra Maksim mәrkәzә çәkildi, Mәhәmmәd Mirzәbәyov cinahda oynadı. Bu variant ola bilәr?
- Mәhәmmәd Mirzәbәyov isinmә hәrәkәtlәri edirdi deyә tez onu oyuna buraxdım. Bolqarıstana qarşı isә Ruslan Abışov oynayacaq.
 
- Bolqarıstan millisinin baş mәşqçisi bildirib ki, Xorvatiya vә Azәrbaycanla oyunda gәnclәrә şans verәcәm. Sizin dә belә fikriniz varmı?
- Gәnc futbolçular U-21-lә Avstriyaya gedib. Amma yenә deyirәm ki, heyәtdә dәyişikliklәr olacaq. Gәnclәr dә meydana çıxa bilәr. Amma mәn Bolqarıstana yoxlama görüşünә yox, yaxşı nәticә üçün gedirәm.

- U-21 millimiz dünәn Avstriyaya 0:7 uduzub. Buna münasibәtiniz necədi?
- Xәbәrim var. Tәsәvvür edirәm, Yaşar Vahabzadәnin vәziyyәti necәdir. Biz bu gün 1:3 uduzmuşuq. Bu yaxşıdır.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right