Arda Turan “Qarabağ”a təşəkkür etdi

Türkiyə futbolunun əfsanəsi Arda Turan “Qarabağ”a təşəkkürünü bildirib.

Newsport.az xəbər verir ki, o, Avroliqanın 1/8 final mərhələsinin “Bayer” - “Qarabağ” oyunundan sonra özünün  İnstaqram səhifəsində paylaşım edib. Hazırda Türkiyə birinci liqasında lider olan “Eyüpspor”un baş məşqçisi işləyən 37 yaşlı mütəxəssis yazıb:

“Qarabağ" FK. Möhtəşəm mübarizə. Təşəkkürlər. Təbriklər”.

Xatırladaq ki, “Qarabağ” “Bayer”lə səfərdəki cavab matçında 2:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right