Bolqarlardan millimizə 6 qol

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasının 2-ci qrupunda ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub. 

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu 3 gün sonra – martın 7-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right