“Neftçi”nin baş məşqçisinin fikri “Spartak”dadır

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçin nümayəndəsi Srdjan Yeremiç maraqlı açıqlama ilə diqqət çəkib (RB Sport).

Newsport.az xəbər verir ki, o, müştərisinin gələcəkdə yenidən Rusiyada çalışmaq variantını istisna etməyib. Nümayəndə bildirib ki, Moskva “Spartak”ından təklif gələrsə, onu geri çevirməzlər: “Miodraq indi yalnız “Neftçi”yə köklənib. “Spartak”? Onu “Spartak”a çağırsalar, sevinərdi. O, dərhal gələrdi”.

Qeyd edək ki, dekabrda “Neftçi”nin sükanı arxasına keçən Miodraq Bojoviç daha əvvəl Rusiyada “Amkar”, “Dinamo”, “Rostov”, “Lokomotiv”, “Arsenal” və “Krılya Sovetov” kimi klublarda çalışıb.

Xatırladaq ki, Rusiya klubunun baş məşqçisi Gilyermo Abaskal qovulma ərəfəsindədir. Bu səbəbdən bir sıra mütəxəssis özünü orada görməyə çalışır. Hazırda “Spartak” Rusiya çempionatında 6-cı pillədədir. “Neftçi” və “Spartak”ın martın 23-də Bakıda yoldaşlıq görüşündə qarşılaşacağını da yada salaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right