Musa Qurbanlı “Höteborq”a keçə bilər

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər. Bu barədə yerli KİV məlumat yayıb.
 
Newsport.az xəbər verir ki, “Yurqorden”in forvardı İsveç Allsvenskasınının digər iştirakçısı “Höteborq”un maraq dairəsindədir. Adıçəkilən komanda hücum xəttini gücləndirmək niyyətindədir. Bu baxımdan “Yurqorden”in gələcək planlarına daxil olmayan 21 yaşlı Qurbanlı onlar üçün çıxış yolu hesab edilir.
 
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi. İsveçdə yeni mövsüm martın sonlarında start götürəcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right