"Qarabağ" Avroliqada mübarizəni dayandırdı Yenilənib

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. Cari mövsümün 36 matçında uduzmayan rəqiblə Bakıda heç-heçə edən Ağdam klubu Leverkuzendə də uğurlu nəticə qazanmağa çalışacaq.

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart

00:00."Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 3:2 (İkinci hissə)

Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (2:3)

Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right