Xabi “Qarabağ”dan qorxmadığını dedi, Qurbanovla bağlı suala maraqlı cavab verdi

“Qrup mərhələsində hər iki oyunda “Qarabağ”a qalib gəlmişik. Lakin 1/8 final mərhələsinin Bakıdakı matçının birinci hissəsində problemlər yaşadıq”. Newsport.az xəbər verir ki, bu sözləri “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı məşqçi Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirəcəkləri cavab görüşündən danışıb: “Lakin sonradan vəziyyəti düzəltdik və yaxşı nəticə əldə etdik. Və artıq qrup mərhələsi deyil. Onlar da güclü mentalitetlə mübarizə aparırlar. Biz də qərar verməliyik ki, bizə nə lazımdır. Sabahkı oyunda konsentrasiya ilə oynamalıyıq”.

X.Alonso heyətdə rotasiyalar etdiyi üçün Bakıdakı matçın aqibətini yaşayacağı ilə bağlı fikirlərlə razılaşmayıb və bundan qorxmadığını bildirib: “Əlbəttə ki, qorxmuram, inamımız çoxdur, öz dinamikamıza əminik. Amma qorxmuruq”.

“Qarabağ” sabah qələbə qazansa, Qurban Qurbanovu təbrik etməyə hazırsız” sualına isə mütəxəssis belə cavab verib: “Xeyr(gülür). Əlbəttə bu oyundur. Ən yaxşısı qalib gələcək. Biz də qələbə istəyirik”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right